Transferlərdə dayanmaq bilməyən "Fənərbağça" maraqlandığı futbolçularla danışıqları davam etdirir.

Mesut Özilin ardınca Edin Vişçanın "Başakşehir"dən alınması əsas məqsədddir. Bosniyalı karyerasını "Fənər"də davam etdirmək istəsə də, klublar transfer məbləğində razılığa gəlməlidir. 

Offsideplus.az "Aspor"a istinadla xəbər verir ki, İstanbul təmsilçisinin xeyli vaxtdır danışıq apardığı və yekun mərhələyə çatdığı daha bir ünlü ad Ahmed Kutucudur.  "Şalke-04"ün yetirməsi olan, Bundesliqada bu komandanın uğurları üçün tər tökən 20 yaşlı futbolçu karyerasını ata-baba yurdunda davam etdirməkdə maraqlıdır. Hətta birdəfəlik keçid baş tutmasa belə, "sarı-lacivərdlilər" Türkiyə millisinə dəvət alan yarımmüdafiəçini icarəyə götürmək istəyir. 

Qeyd edək ki, Kutucu cari Bundesliqa mövsümündə 5 oyunda forma şansı qazanaraq 96 dəqiqə meydanda olub.