"Beşiktaş" hücum xəttindəki rəqabəti gücləndirmək üçün Mario Mancukiçi sıralarına qatmaqda israrlıdır.
Xorvat futbolçu ilə yaydakı danışıqlar Mancukiçin baribaşdan 3 milyon avro tələb etməsinə görə müsbət sonuclanmamışdı. Lakin 34 yaşlı forvard bu yaşdan sonra qiymət "oxumağın" mənasız olduğunu bilir. Odur ki, "Beşiktaş"ın təklif etdiyi illik 1,5 milyon avroya razılıq verməsi inandırıcı görünür.
Offsideplus.az xəbər verir ki, dünən keçirilən "Beşiktaş" - "Rizəspor" qarşılaşmasından sonra həmkarlarımızdan biri baş məşqçiyə dünya ikincisi ilə bağlı sual verib. Sergen Yalçının cavabı belə olub: "Mancukiç bəyəndiyimiz futbolçulardandır. Bəli, onunla maraqlanırıq. Lakin ilk növbədə şərtlər hər iki tərəfi qane etməlidir. Futbolçunun şərtləri bizi qanr edərsə, transfer baş tuta bilər".