"Kasımpaşa" heyətini tanınmış futbolçu ilə gücləndirib.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Super Liqa təmsilçisinin İngiltərə Premyer Liqasından tanıdığımız Danni Drinkvoter ilə apardığı danışıqların nəticəsi müsbət olub. İngilis yarımmüdafiəçin "Kasımpaşa" ilə 2,5 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, 30 yaşlı futbolçu Premyer Liqada "Lester", "Çelsi", "Bernli", "Aston Villa" kimi komandaların şərəfini qorumaqla yanaşı, 2016-cı ildə 3 oyunda İngiltərə yığmasının formasını geyinib. "Çelsi"yə məxsus olan Danni əsas komandada şans qazanmadığından, yaydan bu yana "Çelsi"nun U-23 komandasının sıralarında olub, 3 matçda meydana çıxıb.