Hücum xəttini gücləndirməkdə israrlı olan "Beşiktaş"da Mario Mancukiç mövzusu yenidən gündəmə gəlib.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi yaydan bu yana klubsuz olan xorvat futbolçunu razı salmaq üçün yollar axtarır. Yayda Mancukiçin "Beşiktaş"dan illik qazancı 3 milyon avronu birdəfəlik tələb etməsi əməkdaşlığa əngəl olmuşdu. Lakin indiki vəziyyət fərqlidir. 34 yaşlı hücumçu böyük pullar qarşılığında heç kimə lazım olmadığını qəbul edib.
Odur ki, İstanbul təmsilçisi Mancukiçə Abubakarın aldığı qədər - illik 1,5 milyon avroluq təklif göndərib. Xorvat bu pula razı olsa, Türkiyəyə uçacaq. Əks halda, "Beşiktaş" Benqali Fode-Koyta üçün "Kasımpaşa"ya müraciət edəcək.
Qeyd edək ki, ucaboy forvard Xorvatiya, Almaniya və İtaliyada ölkə çempionu olmaqla yanaşı Çempionlar Liqası ilə Superkubokun qalibi olub. Həmçinin DÇ-2018-in finalçısıdır.