Türkiyə Superliqasının 16-cı turunun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça" səfərdə "Kasımpaşa"nın qonağı olub. "Sarı-lacivərtlər"in ilk qolunun müəllifi Mama Baba Tiam olub. Seneqallı futbolçu fasiləyə yollanmadan dubl edib: 0:2. Son nöqtəni 86-cı dəqiqədə Kadioğlu qoyub və "Fənərbağça" səfərdən 3 xalla qayıdıb.
Beləliklə xallarının sayını 29-a yüksəldən "Fənər" 4-cü yerdə qərarlaşıb.
"Kasımpaşa" - "Fənərbağça" 0:3 (Mame Tiam, 14, 45. Ferdi Kadioğlu, 86.)