Dövrələrarası fasilədə müdafiə xəttini də gücləndirmək istəyində olan "Beşiktaş"ın bu mövqe üçün maraqlandığı futbolçunun adı məlum olub.

Offsideplus.az xəbər verir ki, "qara qartallar" Stiven Kolkeri transfer etmək niyyətindədir. "Alanyaspor"un ingilis müdafiəçisinin klubla müqaviləsi mövsümün sonunda başa çatacağından "Beşiktaş" rəhbərliyi artıq indidən futbolçunun agenti ilə təmasa keçib.

Qeyd edək ki, 2016-cı ildə "Liverpul"un heyətində 3 oyuna çıxmış müdafiəçi üçün "Fənərbağça" da iddialıdır.