Dünən baş tutan "Antalyaspor"la oyun "Qalatasaray" üçün heç də xoş olmayıb.
Offsideplus.az xəbər verir ki, 2 aydan sonra nəhayət yaşıl meydanlara geri dönən Radamel Falkao yenə zədələnib. Kolumbiyalı hücumçu baldırında yenidən ağrılar hiss edib və oyuna çıxandan 30 dəqiqə sonra meydanı tərk edib.
Müayinələrdən sonra Falkaonun ən azı 4-6 həftəliyinə sıradan çıdığı bəlli olub. Bu zədədən sonra qış tramsfer dönəmində 34 yaşlı futbolçunu satmaq "Qalatasaray" üçün daha da çətinləşob.