"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin cəzası azaldılıb.
Offsideplus.az xəbər verir ki, 67 yaşlı mütəxəssisin 5 oyunluq cəzası 4-ə, 55 500 TL məbləğində cəriməsi isə 42 500 TL-yə endirilib.
Xatırladaq ki, "Karagümrük"lə matçda baş hakimə yersiz ifadələr işlədən Fatih Terim 70-ci dəqiqədə texniki zonadan qovulub.