UEFA Türkiyənin "Ankaragücü" klubuna transfer qadağası qoyub.
Offsideplus.az xəbər verir ki, Super Liqada çıxış edən paytaxt təmsilçisinin prezidenti Fatih Mert əvvəlki dövrdən qalan iki sənədin xəbərdarlıq müddətinin bitmək üzrə olduğunu və bu səbəbdən klubun cəzalandığını bildirib.
Mert bütün klublar kimi sponsor tapmaqda çətinlik çəkdiklərini sözlərinə əlavə edib: "Bunları həll etməyə çalışacağıq, başqa seçimimiz yoxdur. Həll edə bilməsək, indiki heyətimizlə oynayacağıq".
Qeyd edək ki, “Ankaragücü” Super Liqada bu mövsüm keçirdiyi 14 oyunda 12 xal toplayıb və 21 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.