"Fənərbağça" müdafiə xəttindəki səhvləri aradan qaldırmaq üçün yeni futbolçu almağa hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər" "Arsenal"ın yunan müdafiəçisi Sokratis Papastatopulosu heyətinə qatmaq istəyir. "Topçular"ın baş məşqçisi Mikel Artetanın planlarında yer almayan 32 yaşlı oyunçu qış transfer dönəmində komandadan ayrılmağı düşünür. 

"Fənərbağça"nın Sokratislə ilkin danışıqlarının uğurlu olduğu bildirilir. Bir müddətdən sonra "Arsenal"ın da transferlə bağlı müzakirələr üçün masa arxasına keçəcəyi gözlənilir.

Qeyd edək ki, ildə 6 milyon avro qazanan Sokratis Papastatopulos 2018-ci ildən bəri "Arsenal" formasını geyinir.