"Fənərbağça"nın 3 futbolçusunun koronavirus testi müsbət nəticələnib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub üzvləri arasında keçirilən COVID-19 testi nəticəsində 3 oyunçunun virusa yoluxduğu aşkarlanıb. Adları açıqlanmayan şəxslər dərhal 10 günlük karantinə alınıb.
Bu futbolçular yanvarın 4-də "Kasımpaşa" ilə keçiriləcək matçda iştirak edə bilməyəcək.