"Qalatasaray" futbolçusu Oqenekaro Etebo ilə yollarını ayrımağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Fatih Terim nigeriyalı yarımmüdafiəçinin performansından razı deyil. Yayda "Stok Siti"dən 675 min avro qarşılığında "Cim-Bom"a keçən Etebo ilə müqaviləyə xitam veriləcəyi gözlənilir.
Bu mövsüm "Qalatasaray"da 11 oyuna çıxan Etebonun qol imkanlarının yaradılamasında komandaya bir xeyri dəyməyib.
Qeyd edək ki, Fatih Terim hücum xəttindən razı deyil və rəhbərlikdən transfer dönəmində yeni hücumçular tələb edib.