Mövsümün sonunda "Qalatsaray"la müqaviləsinin müddəti başa çatan Yunes Belhanda klub ilə yeni razılığa gəlib.

Offsideplus.az Ajansspor-a istinadən xəbər verir ki, mərakeşli futbolçu və meneceri yeni anlaşma üçün klub rəhbərliyi ilə görüşüb. "Qalatasaray"ın prezidenti Mustafa Cengiz və Belhanda arasında pozitiv yönlü danışıqlar baş tutub.

Belə ki, maaşının yarıya-yarı azaldılmasına razılıq verən 30 yaşlı yarımmüdafiəçiyə 2 illik müqavilə təklif edilib.

Qeyd edək ki, 2017-ci ildən "Qalatasaray"da çıxış edən Belhanda 18 qol vurub.