Bu il etdiyini transferlərin bir çoxunda yanılan "Qalatasaray" rəhbərliyi 2021-də səbrli davranmağı düşünür.

Bunun üçünsə transfer oluna biləcək futbolçular haqda geniş məlumatlar toplanır, götür-qoy edilir.

Bu işdə əsas yük isə Fatih Terimin üzərinə düşür. Sərəncamında çox sayda təcrübəli və adlı-sanlı futbolçu olan təcrübəli mütəxəssisin onlardan istədiyini ala bilməməsi ürəyincə deyil.

Offsideplus.az "Aspor"a istinadla xəbər verir ki, Terim qış fasiləsində iki əsas futbolçunun satıllmasını istəyib. Biri Radamel Falkaodur, digəri Mbaye Diaqne. Ünlü Radamelin satışı mümkündür. Ən pis halda BƏƏ, Qətər, Çin kimi ölkələrə yollana bilər. Diaqneradani satmaq olmasa belə, icarəyə verilməsi planlaşdırılır. 

Qeyd edək ki, "cim-bom" bu iki hücumçudan istədiyi effekti ala bilmir.