Fatih Terimin sərəncamında görmək istədiyi daha bir hücumçunun adına aydınlıq gəlib.
Bu, sonuncu iş yeri Səudiyyə Ərəbistanı olan Ahmed Musadır.
Offsideplus.az xəbər verir ki, "Qalatasaray" rəhbərliyi 28 yaşlı forvardı İstanbula gətirmək üçün nigeriyalının agenti ilə danışıqlara başlayıb. Ahmedin azad agent statusuna malik olması klub rəhbərliyinin ürəyincədir. Məsələnin vacib tərəfi futbolçu ilə klubun maliyyə məsələlərində ortaq məxrəcə gəlməsidir.
Qeyd edək ki, Musa əsasən Rusiyadakı çıxışı ilə yadda qalıb. 2012-2016-cı illər aralığında, eləcə də, 2018-ci ildə Moskva ÇSKA-sının formasını geyən bəstəboy hücumçu 135 matçda 48 dəfə fərqlənib. Nigeriya millisində isə 95 oyunda 15 qol vurub.