"Fatih Karagümrük" - "Qalatasaray" matçında hakimin qərarlarına sərt şəkildə etiraz və təhqir edən Fatih Terimin cəzası açıqlanıb.
Offsideplus.az xəbər verir ki, 67 yaşlı mütəxəssis 5 oyun texniki zonaya və paltardəyişmə otağına buraxılmayacaq. Bundan əlavə, "Qalatsaray"ın çalışdırıcısına 55 500 TL (13 000 manat civarında) cəza verilib.
Xatırladaq ki, "Karagümrük"lə matçda baş hakimə yersiz ifadələr işlədən təcrübəli mütəxəssis 70-ci dəqiqədə texniki zonadan qovulub.