Türkiyənin “Ankaragücü” klubunda daha iki nəfərdə COVİD-19 aşkarlanıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Superliqa klubunda bir futbolçu və bir klub işçisi koronavirusa yoluxub.

Daha əvvəl Ankara təmsilçisinin bir neçə futbolçusu virusa yoluxub və daha sonra isə sağalıb.
Qeyd edək ki, “Ankaragücü” sabah Superliqanın 14-cü turunda “Beşiktaş”la qarşılaşacaq.