Türkiyə Super Liqasının 13-cü turunda "Qalatsaray" ""Fatih Karagümrük"lə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, gərin keçən matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. Hesabı fasilədən dərhal sonra Ndao açıb. "Qalatsaray" cavab qolunu hakimin oyunun əsas vaxtına əlavə etdiyi dəqiqələrdə vurub. Dianye penaltini dəqiq yerinə yetirib. Meydana sonradan daxil olan Mevllut Erdinç 90+11-ci dəqiqədə qələbə topunun müəllifi olub.
90-cı dəqiqədən sonra oyunda gərginlik son həddə çatıb ki, hakim 7 sarı, 2 qırmızı vərəqə göstərib.
Oyunun geniş icmalını təqdim edirik:
"Fatih Karagümrük" - "Qalatsaray" 2:1 (A.Ndao, 46. M.Erdinç, 90+11 - M.Diayne, 90+6. - pen.)
Qırmızı vərəqələr: E.Roko, 90+9. Markao, 90+14.