“Qalatasaray”ın zədəli futbolçularından Marselo Saraççi sağalıb.
Offsideplus.az xəbər verir ki, uruqvaylı sol cinah müdafiəçisi artıq komanda ilə məşqlərə başlayıb.
Bir aydır yaşıl meydanlardan uzaq qalan 22 yaşlı futbolçu növbəti oyunlarda komandasına kömək edə biləcək. Onun dekabrın 18-də Super Liqanın 13-cü turu çərçivəsində “Fatih Karagümrük”lə səfər matçında oynaması gözlənilir.
Rayan Babel və Radamel Falkao isə hələ də komandadan ayrı məşq edir. Onlar növbəti turu da buraxacaq.