Türkiyə Superliqası təmsilçisi "Fatih Karagümrük" Emre Çolağı transfer edib.

 Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi "tvitter" səhifəsində paylaşım edilib. "Karagümrük" 29 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonuna qədər razılığa gəlib. 

 Qeyd edək ki, 4 il idi ki, ölkə xaricində çıxış edən Çolak son dəfə "Deportivo"nun formasını geyinib.