Pandemiya dönəmində klubla əlaqələrini kəsib Almaniyaya gedən Maks Kruze "Fənər"ə qarşı açdığı məhkəmə davasını udub.

Offsideplus.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı xəbər yayıb. 3 aylıq maaşını vermədiyi üçün "Fənərbağça"nı FİFA-ya şikayət edən Maks məhkəmədə keçmiş klubuna qalib gəlib. Bununla da, klub rəhbərliyi oyunçuya 7.5 milyon avro məbləğində pul ödəməli olacaq. 

Məsələ ilə bağlı "Fənərbağça" klubundan hələ ki, heç bir açıqlanma yoxdur.

Qeyd edək ki, Maks Kruze hazırda Almaniyanın "Berlin Yunion" klubunda çıxış edir.