"Trabzonspor" futbolçusuna görə təklif alıb.
2017-ci ildən Qaradəniz təmsilçisinə məxsus olmasına baxmayaraq, müxtəlif vaxtlarda "Nant" və "Feyenoord"da top qovan Edqar le qışda komandanı tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, Liqa 1-də mübarizə aparan "Sent Etyen" 26 yaşlı müdafiəçinin transferində maraqlıdır. Hətta fransızlar mümkün keçidlə bağlı türklərə pul da təklif ediblər - 2 milyon avro. Lakin "bordo-mavilər" bu məbləğlə razılaşmır, iki qatını tələb edir.
Səbəb "Barselona"nın yetirməsinə başqa klublardan da marağın olmasıdır. Portuqaliyalı futbolçunun özü də karyerasını Fransada davam etdirməkdə maraqlıdır.