"Beşiktaş"ın portuqaliyalı ulduzu Rikardo Kuarejma klubunu dəyişməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, vinger daha çox pul qazanmaq üçün bu addımı atmaq fikrinə düşüb. Belə ki, adları açıqlanmayan iki Çin klubundan başgicəlləndirici təkliflər alan Rikardo asiyalıların boyun olduğu məvacibin məbləği önündə "əriyib".
 
Xəbərdə "Beşiktaş"ın məhz Kuarejma gedəcəyi üçün "Şaxtyor"un braziliyalı yarımmüdafiəçisi Brandla anlaşdığı vurğulanır.