İvan Rakitiç "Barselona"dan keçmiş komanda yoldaşı Arda Turanın paylaşımına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, "İnstaqram" hesabında "Qalatasaray"la məşqdən foto paylaşan Arda Turana keçmiş komanda yoldaşından cavab gəlib. Paylaşımın altına "Cim Bom qol qol qol", - deyə Rakitiç qeyd edib. Çox keçmədən azarkeşlər 32 yaşlı xorvatiyalını "Qalatasaray"a keçməyə "dəvət ediblər".

 Qeyd edək ki, İvan Rakitiç mövsümün əvvəlində "Barselona"dan əvvəllər də çıxış etdiyi "Sevilya"ya transfer edilib.

 

 Screenshot 78