Abdullah Avcının gəlişindən sonra nisbətən özünə gələn "Trabzonspor" azarkeşlərin könlünü oxşamağa başlayıb.
Çempionatın son 4 görüşündə qapısında cəmi 1 qol görən "bordo-mavillər" rəqib qapılarından 2 top keçirib.
Offsideplus.az xəbər verir ki, məhsuldarlığın gözlənilən səviyyədə olmaması klub rəhbərliyini ciddi addımlar atmağa məcbur edir. Qış fasiləsində hücum xəttini güclənməlidir ki, artıq hədəfdə olan ilk futbolçunun adı məlumdur. Qaradəniz təmsilçisi Norveç "Bodo Qlimt"ində top qovan Filip Zinkernagelə təklif göndərəcək.
Danimarkalı forvard "Bodo Qlimt"in çempionluğu vaxtından əvvəl qeyd etməsinin əsas səbəbkarıdır. Belə ki, Zinkernagel meydanda olduğu 30 oyunda 22 qol vurub, 24 qol ötürməsi edib. O, hücumun sivri ucu ilə yanaşı, yarımmüdafiənin cinahlarında da oynaya bilir.
Qeyd edək ki, bir müddət əvvəl Filiplə "Fənərbağça"nın da yaxından maraqlandığı deyilirdi.