"Qalatasaray" üçün çətin dönəm başlayır.
Həftəiçi ölkə kubokunda "Darıca Gənclərbirliyi" matçına çıxacaq "sarı-qırmızılar" ardınca fasiləsiz 7 oyun keçirəcək. Bu isə 1 aya 8 oyun deməkdir.
Offsideplus.az xəbər verir ki, yaranmış durum Fatih Terimi narahat edir. Buna baxmayaraq, təcrübəli çalışdırıcı çıxış yolu tapıb. O, nadir hallarda meydana çıxan, ya da çıxmayan futbolçulara səslənərək "indi isə sizin zamanınız yetişdi, özünüzü göstərməyin vaxtıdır" deyib. Bununla da qış fasiləsindən sonra komandada qalmaq istəyənlərə mesaj vermiş olub.
Qeyd edək ki, "Qalatasaray" "Darıca Gənclərbirliyi"nin ardınca çempionatda "Karagümrük", "Göztəpə, "Trabzonspor", "Antalyaspor", "Konyaspor", "Gənclərbirliyi" və ""Beşiktaş"la oynayacaq.