"Qalatasaray" qış transfer dönəmi üçün "təmizləmə əməliyyatı"na start verib.
Komandanı tərk edəcək futbolçuların adları böyük ölçüdə dəqiqləşib.
Offsideplus.az xəbər verir ki, onlardan biri də Şənər Özbayraklıdır. 2019-un yayında sar-qırmızı formanı geyinən futbolçu ümumilikdə 14 oyunun iştirakçısı olmaqla 620 dəqiqə meydanda olub. Cari Super Liqa mövsümündəki durum isə acınacaqlıdır. Fatih Terim Şənərə "Rizəspor" matçında 1 dəqiqə güvənib ki, 1 dəfə ayağı topa dəyib, onda da 1 ötürmə verib.
Qeyd edək ki, 30 yaşlı müdafiəçi "Qalatasaray"a gələnə qədər Super Liqada "Bursaspor"la "Fənərbağça"nın formasını geyib. 2015-cu ildən dəvət aldığı Türkiyə millisində isə 19 oyun keçirib.