Abdullah Avcının gəlişindən sonra vəziyyəti yaxşıya doğru dəyişən "Trabzonspor"da ciddi dəyişikliklər gözlənilir.
Baş məşqçi hazırda sərəncamında olan futbolçuların çoxunu yanvardan sonra komandada görmək istəmir.
Offsideplus.az xəbər verir ki, "bordo-mavilər" 8 futbolçuyla vidalaşacaq. Daha doğrusu, Avcı bu qədər futbolçunun yola salınmasını istəyib. Bəzilərinin adları da məlumdur. Stiven Plaza, Qaston Kampi, Məcid Hosseini, eləcə də Ahmet Canbazla Salih Kavrazlı yol üstə olan adlardır. Legionerlər, çox güman, müəyyən məbləğ qarşılığında başqa klublara satılacaq, yerlilər isə daha çox oynaya biləcəkləri komandalara icarəyə veriləcək.