Falkaonun zədələnməsi ilə "Qalatasaray"da forma geyinmək şansı qazanmış Mbaye Diagne yaxşı performans sərgiləyərək özünə yeni elçilər qazanıb.
Offsideplus.az xəbər verir ki, seneqallı hücumçu Yaponiya Liqası klubu "Vissel Kobe"nin hədəfindədir. "Vissel Kobe" daha öncə "Qalatasaray"dan Lukas Podolskini heyətinə qatmışdı.
Qeyd edək ki, Mbaye Diagne son 3 oyunda 5 qol vuraraq diqqətləri üzərinə çəkib. O, ötən mövsüm icarə əsasında çıxış etdiyi "Brügge"dən sonra klubsuz qalaraq yenidən "Cim-Bom"lara qayıtmışdı. Radamel Falkaonun zədələnməsi ilə onun yerinə keçən 29 yaşlı futbolçu ipləri yenidən əlinə almağı bacarıb.