Türkiyə Superliqasının 11-ci turunda baş tutan "Dənizlispor" - "Fənərbağça" görüşündə qalmaqal baş verib.
Offsideplus.az Fanatik-ə istinadən xəbər verir ki, "Dənizlispor"un rəhbərliyi baş hakim Ali Payabıyıkın qərarlarına narazıçılığını bildirib. "Fənər" rəhbərliyi də qarşılığında bu etirazlara sözlü şəkildə cavab verib.
Bundan sonra iki komanda arasında gərgin anlar yaşanıb. Belə ki, aranı sakitləşdirmək üçün polis və təhlükəsizlik xidmətinin əməkdaşlarının köməyindən istifadə olunub.