"Qalatasaray" Aytaç Kara sevdasından əl çəkmir.
Offsideplus.az xəbər verir ki, "cim-bom" buna qədər bir neçə dəfə "Kasımpaşa"nın aparıcı futbolçularından biri sayılan Aytaçı heyətinə qatmaq istəsə də, alınmamışdı. Odur ki, 27 yaşlı dayaq yarımmüdafiəçisi üçün yenidən hərəkətə başlanılıb.
"Qalatasaray" məsələni qış fasiləsində həll edə bilməsə, yayı gözləyəcək. Çünki Karanın "Kasımpaşa" ilə anlaşmasının müddəti mövsümün sonuna qədərdir.