"Beşiktaş" forması ilə 2 mövsümdür diqqətləri üzərinə çəkən Anderson Taliscaya "Vulverqempton" göz tikib.

Offsideplus.az "UOL Esporte"-a istinadən xəbər verir ki, İngiltərə Championshipte çempionluğunu təmin edən "Vulverqempton" Taliscayı transfer etmək istəyir.

Ötən mövsüm Porto Ruben Nevesi transfer edən "Vulverqempton" gənc ulduzu "Liverpul"a satıb, komandaya Taliscayı transfer etməyi planlaşdırır.