"Qalatasaray"ın prezidenti Çingiz Ündər Musleranın nə vaxt qayıdacağından və transfer proseslərindən danışıb.

Offsideplus.az xəbər verir ki, Ündər mətbuata açıqlamasında Musleranın fasilə dönəmində komandaya geri dönəcəyini açıqlayıb. Transfer gedişatına da toxunan klub rəsmisi bu dönəmlərdəki maliyyə çətinliklərli ilə bağlı məsələlərə də toxunub:

"Yanvar ayı gəlir və menecerlərin dönəmi başlayır. Transfer xəbəbərləri çıxmağa başlayan kimi ov mövsümü də start götürdü. Hansı menecer güclüdürsə, futbolçusunun sata bilir. Mən də bir azakeşəm, dünyanın ən yaxşı futbolçularını: Messi və Ronaldonu istəyirəm. Bunu edə bilməyənlərə isə "bacarıqsız" deyirəm. Klublar, bütün dünya çətin vəziyyətdədir. Dünyanın ən çətin və nankor işlərindən birini görürük. "Barselona" böyük ziyanda olduğunu açıqladı. Biz və digər klub prezidentləri futbolçular ilə tək-tək görüşdü. Az öncə iki dəyərli "Trabzonspor"lu futbolçu "Bu komanda oyunudur" dedi. Bunu tək başımıza edə bilmərik. Gəlirlərimiz yarı-yarıya düşüb. Dövlətimizə təşəkkürlər, kömək edir. Amma bu 4 ay davam edə bilməz. İnşallah, mart, aprel ayında izləyiciləri stadionlara buraxaraq vəziyyətdən çıxa bilərik".