Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri Nihat Özdemir koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, bu barədə TFF-ın rəsmi saytı məlumat yayıb. Açıqlamada Nihat Özdemirin COVİD-19 testinin nəticəsinin pozitiv çıxdığı qeyd olunur.
Federasiyanın prezidentinin dərhal karantinə alındığı və özünü yaxşı hiss etdiyi bildirilir.