Ekvador millisində koronavirusa yoluxduğu aşkarlanan Enner Valensiyadan şad xəbər var.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça"nın 31 yaşlı hücumçusu artıq sağalıb. İki həftədir karantində olan Valensiyanın son COVİD-19 testinin nəticəsi neqativ çıxıb.
Təcrübəli futbolçu bir həftəyə ölkəsindən Türkiyəyə qayıdacaq. Bir problem yaşanmayacağı halda, Enner Valensiya komanda ilə məşqlərə qatılacaq.