Türkiyə təmsilçisi "Adanaspor"da kütləvi yoluxma halı qeydə alınıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Adanaspor"un 30 üvzünün COVİD-19 testi pozitiv nəticələnib. Yoluxanlardan 21-i futbolçu, 7-si isə klub nümayəndəsidir. 

Hazırda klubda 29-u futbolçu olmaqla ümumilikdə 40 nəfər koronavirusa yoluxub. Koronavirusa yoluxanlar şəxslərin dərhal karantinə alındığı bildirilir.