Türkiyədə sürpriz istefa gerçəkləşib.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi "Kasımpaşa"nın baş məşqçisi İrfan Buz tutdiğu vəzifəsindən ayrıldığını açıqlayıb. Rəhbərliklə fikir ayrılığı yaşayan 53 yaşlı mütəxəssis komandada qalmağın mənasız olduğunu düşünərək bu qərarı verib.
İşin sürprizi ondadır ki, İrfan Buz baş məşqçi postuna noyabrın 13-də Mehmet Altıparmakın yerinə gəlmişdi. Bu isə o deməkdir ki, baş məşqçi cəmi iki həftə duruş gətirə bilib. Futbolda nadir hadisələrdəndir.