"Fənərbağça"nın əsas qol ümidlərindən biri sıradan çıxıb.
Bu barədə komandanın baç məşqçisi Erol Bulut türkiyəli jurnalistlərə açıqlamasında deyib.
Offsideplus.az xəbər verir ki, 45 yaşlı çalışdırıcı komandanın əsas simalarından biri olan Mbvane Samattanın zədəsinin ciddi olduğunu açıqlayıb. "Fənər"in "10 nömrə"si 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə 2020-nin Samatta üçün başa çatdığı anlamına gəlir.
Qeyd edək ki, ötən il İngiltərə Premyer Liqasında "Aston Villa"nın formasını geyən 27 yaşlı futbolçu bu ilin sentyabrında 6,2 milyon avro qarşılığında "Fənərbağça"ya keçmişdi. Tanzaniya yığmasının kapitanı cari mövsümdə 9 matçın 7-də meydana çıxmaqla 2 dəfə fərqlənib, 2 qol ötürməsi verib.