Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunov barədə danışıb.
Offsideplus.az İHA agentliyinə istinadən xəbər verir ki, 71 yaşlı funksioner bu ifadələri işlədib:
"Komandaya azarkeşlik etmək izah olunmaz hissdir. Yağışda, palçıqda matça gələn insanlar var. Fərid Dursunovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Sıra ilə ölüm versin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəy ilə danışdım, çox sevindi. Eyni duyğuları mən də yaşadım. "Övladım yaşasaydı çox xoşbəxt olardı" dedi. Bu bir tutqudur. İnsan sadəcə maddi şeylərlə yaşaya bilməz. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli duyğuları bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin".
Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib. Dursunov vəfat etməzdən əvvəl “Şəhid olsam, məzarımda "Qalatasaray" bayrağı da olsun" ifadəsini işlədib.