Türkiyə Superliqasının 9-cu turunda "Qalatasaray" "Kayserispor"u qəbul edib.

Offsideplus.az xəbər verir ki, ilk hissə möhtəşəm seyvləri ilə yadda qalan "Kayserispor"un rumıniyalı qapıçısı Silviu Lunqun zədələnməsi ilə yadda qalıb. "Qalatasaray" 63-cü dəqiqədə penaltidən qol vurmağa bacarsa da, rəqibin cavabı özünü çox gözlətməyib və görüş 1:1 hesabı ilə başa çatıb.

Oyunun icmalını təqdim edirik.

"Qalatasaray" - "Kayserispor" 1:1 (M.Diagne, 63. - pen. - G.Kampaharo, 71.)