Türkiyə Superliqasının 9-cu turunda baş tutan "Qalatasaray" - "Kayserispor" görüşündə qonaqların qolkiperi zədələnib.
Offsideplus.az xəbər verir ki, oyunun 45-ci dəqiqəsinin sonlarında xəsarət alan Silviu Lunq zədələnməsinə baxmayaraq komandasını qoldan xilas edib. Rumıniyalı qapıçı seyvdən sonra acı içində olmasına baxmayaraq ilk hissəni əvəzlənmədən başa vurub.
Qolkiper fasilə vaxtı müayinə olarkən göz yaşlarını saxlaya bilməyib: