"Qalatasaray"ın zədəli futbolçusu Radamel Falkao hələ uzun müddət komandaya qayıda bilməyəcək.
Offsideplus.az xəbər verir ki, Kolumbiya millisinin düşərgəsində zədələnən 34 yaşlı hücumçunun geri dönmə vaxtı uzanıb.
Belə ki, 5 noyabrda xəsarət alan Falkaonun 2 həftədən sonra qayıtması gözlənilirdi. Lakin yaşı və zədələri səbəbindən bu müddət 4 həftəyə qədər uzanıb.