"Qalatasaray"ın baş məşqçisi təyin edilən Fatih Terimin komandaya gətirmək istədiyi 3 futbolçunun adı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bunlardan biri yerli, ikisi əcnəbi futbolçudu.
"İmperator" ləqəbli mütəxəssisin siyahısındakı yerli futbolçu Kaan Ayhandı. 64 yaşlı məşqçinin milli komandadan tanıdığı futbolçunun Almaniyanın "Fortuna" klubu ilə müqaviləsi yayda bitəcək. "Qalatasaray" 23 yaşlı stoperi cühi transfer məbləği hesabına heyətinə qatmağa çalışacaq. Transferin qısa zamanda bitməsi gözlənilir.
Terimin siyahısındakı digər futbolçu Parik Evradı. 36 yaşlı sol cinah müdafiəçisinin "Marsel"lə müqaviləsi 10 noyabrda tək tərəfli qaydada pozulub. Fransız ulduzun yaşı çox olsa da, təcrübəsi "Qalatasaray"a kömək edə bilər. Terim onun 6 aylıq heyətə qatılmasını istəyir. Evra uzun illər Fransa yığmasında, "Monako", "Mançester Yunayted" və "Yuventus" kimi böyük klublarda oynayıb.
Fatih Terim hücum xəttinə "Alanyaspor"da forma geyinən Vaqner Lovenin transferini istəyir. Baş məşqçi 33 yaşlı braziliyalının həm hücumda, həm də sol cinahda oynaması səbəbindən Bafetimbi Qomislə yaxşı tandem formalaşdıracağını düşünür.
Fanat.Az