Türkiyə Super Liqası nəhənginin müdafiəçisi zədələnib.
Offsideplus.az Konqo mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray"lı Kristian Luyindama Konqo milli yığmasının məşq toplanışında zədə alıb. Dərhal ulduz futbolçunun müalicəsinə başlanıb.
26 yaşlı müdafiəçi zədəsi səbəbindən Afrika Millətlər Kubokunda Anqolaya qarşı oynayacağı iki matçı buraxıb. Luyindamanın yaşıl meydanlardan nə qədər müddətə uzaq qalacağı isə bəlli deyil.