İngiltərənin "Lester" və Rusiyanın MOİK klubunun sabiq futbolçusu Ahmed Musa karyerasını Türkiyədə davam etdirə bilər.

 "Fotomac"a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "Qalatasaray"a keçməyə çox yaxındır. Musanın qış transfer dönəmində İstanbul təmsilçisinə transfer olunacağı gözlənilir.

Qeyd edək ki, Ahmed Musa 2018-ci ildən "Əl-Nəsr"də çıxış edib. Nigeriyalı forvard oktyabrda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləni çempionatın səviyyəsi aşağı olduğu üçün ləğv edib. O, bütün turnirlər daxil olmaqla 55 oyunda 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.