Türkiyənin iki nəhəng klubu "Beşiktaş" və "Qalatasaray" liqada yaranmış fasilədən istifadə edərək transfer işlərinə başlayıblar.
Offsideplus.az xəbər verir ki, "Qalatasaray" klubunun baş məşqçisi Fateh Terim liqaya pis başladıqlarını bildirərək əsas heyətdə bəzi dəyişikliklər etməyi düşündüyünü bildirib.Təcrübəli baş məşqçi əsas heyətdə istəmədiyi Embaye Diaqnenin əvəzinə "Beşiktaş" klubunun hücumçusu Adem Lyayiçi istədiyini rəhbərliyə bildirib.Qarşı tərəfin də bu əvəzetməyə müsbət baxdığı və yaxın zamanda bu transferin reallaşacağı gözlənilir.