Türkiyə I Liqasında VII turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Araz Abdullayevin formasını geyindiyi “Boluspor” doğma meydanda “Menemenspor”la qolsuz heç-heçəyə razılaşıb.

Araz görüşün 84-cü dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Boluspor” 7 turdan sonra 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.