"Qalatasaray" klubu 3 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "Cimbom" braziliyalı müdafiəçi Markao, niderlandlı hücumçu Rayan Babel və mərakeşli yarımmüdafiəçi Yunes Belhanda ilə vidalaşır.

Sözügedən oyunçu ilə İtaliyanın "Roma" klubu yaxından maraqlanır. Digər legionerlərin də Avropa klublarından təklifləri var.