"Beşiktaş" keçmiş oyunçusu Gökhan Törəni yenidən heyətinə qatıb.

Offsideplus.az xəbər verir ki, "Yeni Malatyaspor" klubu ilə müqaviləsini ləğv edən Gökhan Törə "qara-ağlılar"la yenidən razılığa gəlib.

28 yaşlı oyunçu Türkiyə təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Gökhan Törə 2014/19-cu illərdə "Beşiktaş" klubunda çıxış etmişdi.