Komandaya yeni hücumçu axtarıçında olan "Fənərbağça" Mandzukiç ilə hər cəhətdən razılığa gəldi.

Offsideplus.az Fanatik-ə istinadən xəbər verir ki, "Fənərbağça" xorvatiyalı oyunçu ilə müqavilənin son detallarını müzakirə edir. 

2019/20 mövsümündə "Əl - Duxail" klubunda çıxış edən Mario Mandzukiç 7 oyunda iştirak edib və 1 qol vurub.

Son xəbərlərə görə, oyunçu ilə "Lokomotiv" klubu da maraqlanır.  Moskva klubu Mandzukiç üçün 2.7 milyon avro təklif edib.